BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəraət qərarı ləğv edilən qardaşlar yenidən məhkəmə qarşısına çıxarılır

 

 

 

 

Bakıda dələduzluqda təqsirləndirilən Faiq Abdullazadə və onun qardaşı Fərid Abdullazadənin barəsindəki apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 11-nə təyin edilib.

 

Şikayət hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qardaşların vəkili apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qardaşlar barəsində bəraət hökmü çıxarıb. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən həm kassasiya protesti, həm də kassasiya şikayəti verilib. Ali Məhkəmənin qərarına əsasən, həm protest, həm də şikayət təmin olunmayıb. Daha sonra Ali Məhkəmə aşağı instansiya məhkəməsinin çıxardığı qərarı tamamilə ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib.
 

İttihama görə, iş üzrə zərərçəkmiş qismində tanınan Vüsalə Atayeva hüquq-mühafizə orqanlarına şikayətində bildirib ki, keçmiş həyat yoldaşı Faiq Abdullazadə qardaşı Fərid Abdullayev ilə əlbir olaraq onun etibarından sui-istifadə edib, müxtəlif vaxtlarda ümumilikdə 191 950 manat pulunu ələ keçirib.

 

Kamal Məmmədov

Tarix: 10 İyun 2024, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin