BURADA REKLAMINIZ OLA
BİLƏR

"Vital Chemistry" qaydaları pozdu - 20 min manat cərimə

"Vital Chemistry" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum tərəfindən yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 578.1-ci (İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 10 İyun 2024, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin