BURADA REKLAMINIZ OLA
BİLƏR

"Firdovsi Əliyevin rəhbər işini vicdanla yerinə yetirməsi kifayət edər...” - İcra başçısının küçədə fəhlələrlə işləməsi müzakirələrə səbəb oldu - VİDEO

“Samuxun icra başçısı Firdovsi Əliyevin fəhlələrlə birgə iş görməsini konkret qiymətləndirmək istəməzdim. Çünki bu, situasiyadan asılıdır. Hər kəs öz işini intizamla görsə, kifayət edir. Fəhlənin fəhlə, rəhbərin rəhbər işi var. Firdovsi Əliyevin öz rəhbər işini vicdanla yerinə yetirməsi kifayət edər...” 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. 

 

 

T.Kərimli məsələyə fəlsəfi tərəfdən yanaşıb: “XX əsrin ortalarında Süleyman Dəmirəlin partiyası parlament seçkilərində qalib gəlir, özü də baş nazir seçilir. Əlbəttə ki, siyasi etiket xatirinə birinci Türkiyə Prezidentinin yanına ziyarətə gedir. Türkiyə Prezidenti soruşur ki, parlamentin neçə pilləsi var? Dəmirəl deyir ki, sayını bilmirəm, öyrənib sonra deyərəm. Səhəri gün yenə Dəmirəl Prezidentin yanına gedir, deyir ki, sayın başqan, mən artıq pillələrin sayını bilirəm, 376-dır. Prezident soruşur ki, necə bildin? Dəmirəl cavab verir ki, özüm şəxsən saydım. Prezident isə ona deyir ki, “Sən bu qayda ilə dövləti idarə edə bilməzsən, gərək, hər kəsin öz sənəti ola, pilləkəni adi işçilər də saya bilər. Tapşırardın, kimsə sayıb, sənə məlumat verərdi. Baş nazir pilləkən sayandırmı, gedib özün saymısan? Sən rəhbərsən. Hər kəs özünə aid işi görməlidir. Necə ki mən sənə bu işi gördürdüm. Sən öyünürsən ki, parlament seçkilərində qalib gəlmisən, baş nazir olmusan, amma mən sənə pilləkənləri saydırdım. Sən nüfuzunu saxlamalısan..."”. 

 

Aytəkin Qardaşova 

 

Tarix: 10 İyun 2024, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin