BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur boksçu həbs edildi

Rayan Qarsiya Los-Ancelesdəki "Waldorf Astoria" otelində vandalizmə görə həbs edilib. Pravda.az lent.az-a istinadən bildirir ki, 25 yaşlı amerikalı boksçu apreldə Devin Heynini məğlub etdikdən sonra dopinq testinin müsbət çıxması səbəbindən artıq qalmaqalın mərkəzindədir.

 

Məlumata görə, Beverli-Hillzdə baş verən insidentdən sonra həbs olunaraq nəzarətə götürülən Qarsiyanın rinqdən kənar vəziyyəti daha da gərginləşib.

 

O, otelin əmlakına, o cümlədən otağına və dəhlizinə ziyan vurduğuna görə saxlanılıb.

 

Onun spirt və ya narkotikin təsiri altında olduğu, lakin həbs olunarkən polislə əməkdaşlıq etdiyi bildirilir.

Tarix: 10 İyun 2024, 19:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin