BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürət qatarından istifadə edənlərə ŞAD XƏBƏR - Bu istiqamətdə dayanacaq verilib...

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri başa çatıb.

 

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məlumat yayıb. 

 

Məlumata görə, bu gündən qatarlara bu stansiyada dayanacaq verilməsi bərpa edilib.

 

Hərəkət cədvəli və biletlər haqqında məlumatı dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, "ADY Mobile" (www.ady.az/app) tətbiqindən və yaxud 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

Tarix: 10 İyun 2024, 20:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin