BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni icra başçısı: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm”

“Azərbaycan Prezidenti İlham Əliyev mənə böyük etimad göstərdi. Dövlət başçısının Hacıqabul rayon icra hakimiyyətinin başçısı təyin edilməyimlə bağlı sərəncamı əməyimə verilən yüksək qiymətdir. Prezidentə minnətdarlığımı bildirirəm”.

 

Bunu Pravda.az-a açıqlamasında Hacıqabul rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov deyib.

 

“Doğrudan da, bu təyinat mənim üçün gözlənilməz oldu. Təyinatdan sonra dövlət başçısı tapşırıqlarını verdi. Bu, böyük etimaddır, ona görə də mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm” - icra başçısı qeyd edib.

 

Xatırlatma: Prezident İlham Əliyevin dekabrın 4-də imzaladığı sərəncamla Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. R.Xəlilov 2005-ci ildən Sabirabad rayonunun deputatıdır.

Tarix: 5 Dekabr 2019, 10:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin