BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə yaşayanlara şad xəbər: İyunun 14-dən etibarən...

İyunun 14-dən etibarən Gəncədən Bakı istiqamətinə artıq səhər saatlarında da sürət qatarı işləyəcək. 

 

Bu barədə Pravda.az-a Gəncənin deputatı Naqif Həmzəyev məlumat verib. 

Naqif Həmzəyev: “Bəzi insanlar prosesin ciddiliyini tam anlamırlar” Pravda. az

Deputat bildirib ki, qatar səhər Gəncədən Bakıya doğru yola çıxacaq, axşam saatlarında Bakıdan geri qayıdacaq: “Eyni zamanda bir qatar da səhər reysi ilə Ağstafa istiqamətində Bakıdan Gəncəyə gedəcək. Axşam saatlarında isə Ağstafa-Gəncə istiqamətdən Bakıya qayıdacaq. Bir sözlə, artıq bir deyil, iki qatar hərəkətdə olacaq. Yəqin ki, növbəti illərdə qatarların sayı artacaq. Artıq Avropadakı kimi yalnız səhər və axşamlar yox, günün digər hissələrində də sakinlər qərb istiqamətində hərəkət edə biləcəklər. Cənab Prezident də çıxışında dedi, böyük ehtimalla, Gəncədən Xankəndiyə də qatarlar gedəcəyik. Bu istiqamətdə hazırlıq işləri görülür”. 

 

Aytəkin Qardaşova 

Tarix: 11 İyun 2024, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin