BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi açıldı

İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

 

Bu barədə İranın Ədliyyə və Məhkəmə Sisteminin sözçüsü Əsgər Cəhangir mətbuat konfransında deyib.

 

“Prezident İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı silahlı qüvvələrin məhkəmə təşkilatında cinayət işi açılıb. İş hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən izlənilir”, - sözçü qeyd edib.

 

Qeyd edək ki, mayın 19-da helikopterin İran ərazisində qəzaya uğraması nəticəsində Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs həlak olub. Qəzanın səbəbləri araşdırılır.

 

APA

Tarix: 11 İyun 2024, 12:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin