BURADA REKLAMINIZ OLA
BİLƏR

Nikaha daxil olmağa məcbur etmə halının yalnız qadınlara şamil olunması aradan qaldırılır

Qanunvericilikdə nikaha daxil olmağa məcbur etmə halının yalnız qadınıara şamil olunması aradan qaldırılır.

 

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Bu dəyişikliklə Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilir. “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir.

 

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nikaha daxil olmağa məcbur etmə də etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Tarix: 11 İyun 2024, 14:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin