BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış

"Oğlum Ceyhun Hüseynovun tərxis olunmasına 20 gün qalmışdı. Hərbi xidməti bitirib, evə gələcəkdi".

 

Bu sözləri globalinfo.az-a açıqlamasında Naxçıvanda Günnüt yaşayış məntəqəsi istiqamətində itkin düşən hərbçimizin atası Tofiq Hüseynov deyib.

 

O, oğlunun ali təhsilli olduğunu bildirib:

 

"Ceyhun 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuşdu. Özümüz əslən Ordubad rayonundanıq. Oğlum o qədər savadlı idi ki, orta məktəbi qızıl medalla başa vurmuşdu. ADA Universitetində təhsil aldıqdan sonra Təl-Əvivdə magistratura təhsilini bitirdi".

 

Tofiq Hüseynov qardaşının da şəhid olduğunu deyib:

 

"Ceyhun adını daşıdığı əmisi Ceyhun Tahir oğlu Hüseynov 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub".

 

Onun Ordubad rayonunda dəfn olunacağı bildirilib.

Tarix: 11 İyun 2024, 16:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin