BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə müharibə iştirakçısı ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə satış məqsədi ilə külli miqdarda narkotik vasitələrinin qanunsuz olaraq əldə edərək üzərində saxlamaqda təqsirləndirilən Elşad Zülfiqarlının kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.



Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama əsasən, hadisə 2021-ci ilin oktyabrında Qaradağ rayonu Qobustan qəsəbəsində qeydə alınıb.


Belə ki, E.Zülfüqarlı polis əməkdaşları tərəfindən Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 66 saylı binanın yaxınlığında saxlanılıb.


Daha sonra o, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gətirilib və üzərində aparılan şəxsi axtarış zamanı 1 ədəd təmiz çəkisi 4, 350 qram kustar üsulla hazırlanmışm narkotik vasitə heroin, eyni zamanda, yaşadığı evdən 204, 650 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülüb.


Qeyd: Zülfüqarlı Elşad Rövşən oğlu Vətən müharibəsinin iştirakçısı olub. O, “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif edilib.


Kamal Məmmədov 

Tarix: 12 İyun 2024, 09:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin