BURADA REKLAMINIZ OLA
BİLƏR

Vatsapda skrinşot mümkün olmayacaq

Vatsap tərtibatçıları sosial şəbəkədə istifadəçi profillərinin skrinşotlarının yaradılmasının qarşısını alan yeni funksiya tətbiq ediblər. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

 

Hələlik yenilik yalnız iPhone üçün 24.10.10.70 nömrəsi altında vatsapın beta versiyasında işləyir. Tətbiqin bu versiyasının istifadəçiləri başqasının profilinin skrinşotunu çəkməyə çalışarkən indi bu hərəkətin qadağan olunduğu barədə xəbərdarlıq görürlər.

 

"Skrinşot bloklanıb. Vatsap istifadəçilərinin məxfiliyini qorumaq üçün bu skrinşot bloklanıb", - bildirişdə deyilir.

 

Qafqazinfo

Tarix: 12 İyun 2024, 20:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin