BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaxarova: Rusiya ABŞ-nin aqressiv addımlarını cavabsız qoymayacaq

Rusiya Birləşmiş Ştatların aqressiv hərəkətlərini cavabsız qoymayacaq.

 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun yeni anti-Rusiya sanksiyaları tətbiq etməsinə cavab olaraq bildirib.

 

“Belə hallarda həmişə olduğu kimi Rusiya bu tip aqressiv hərəkətləri cavabsız qoymayacaq”, - XİN rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rusqazdobıça”, “Arktik LNG 1” və “Arktik LNG 3” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Tarix: 12 İyun 2024, 21:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin