BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə tanışlarını bıçaqlayan sərxoş gənclə bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində Tərtərdə tanışlarını bıçaqlamaqda təqsirləndirilən Tamerlan Yusiblinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, hadisə 10 may 2023-cü il tarixdə, saat 23 radələrində Tərtər şəhəri, Babək küçəsində yerləşən “Aristokrat” adlı kafenin qarşısında qeydə alınıb.

 

Belə ki, 2004-cü il təvəllüdlü Tamerlan Yusibli sərxoş vəziyyətdə olan zaman zarafata görə tanışları Cəsarət Abışov və Rüfət Məmmədlini bıçaqlayıb.

 

Hadisədən sonra o, polis əməkdaşları tərəfindən saxlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 13 İyun 2024, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin