BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə anasını və bacısını öldürən şəxsin istəyini reallaşdırmadı

Ali Məhkəmədə Bakıda anasını və bacısını qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Murad Niftizadənin cəzasını 18 ilə endirilib. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ilk 5 ilini həbsxanada, cəzanın qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb. Daha sonra Murad Niftizadə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Qeyd: Hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

 

İttiham aktına əsasən, M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəmnində qətlə yetirib.

 

Hadisədən sonra M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

 

O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

 

Kamal Məmmədov

Tarix: 13 İyun 2024, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin