BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə keçmiş polisin şikayətini təmin etməyib

Ali Məhkəmədə dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Əli Nəcəfov və Vüsal Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

İttiham aktına əsasən, iş üzrə təqsirləndirilən şəxslərdən biri Əli Nəcəfov bir neçə il bundan əvvəl Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib.

 

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş Vüsal Əliyev isə öz qohumunu işə düzəltmək adı ilə ondan 9 min manat pul alıb Əli Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər.

 

Vətəndaşların şikayətindən sonra Əli Nəcəfov ölkə xaricinə qaçıb. "İnterpol" xətti ilə axtarışda olmuş Əli Nəcəfov Ukraynada saxlanılıb Azərbaycana ekstradisiya edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Nəcəfov 7 il müddətinə azadlıqdan məhrum edilib. Vüsal Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub və barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Sonra Vüsal Əliyev kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət verib. Lakin vəsatət təmin edilməyib.

 

Kamal Məmmədov

Tarix: 13 İyun 2024, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin