BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat selin Laçında fəsadlar törətməsindən danışdı: "Qohumlarımız, dostlarımız da oradadır..."

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Laçın rayonunun Zabux və Sus kəndlərində yaşayış sahələrinə ziyan dəyməsi barədə şikayətlərə münasibət bildirib. 

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, sel təkcə Laçın ərazisində deyil, respublikanın bir çox ərazilərində olub. 

 

“Sel təbii fəlakətdir. Təkcə Laçında yox, digər rayonlarda yollarda dağıntılar var, ziyan dəyib. Dünən Laçının sel basan ərazisi ilə telefon əlaqəsi saxladım, məlumat aldım. Bizim qohum-əqrəbalarımız, dostlarımız da oradadır. Dövlətimiz dəymiş ziyanın qarşısını almaq üçün lazımi tədbirlər görür və görəcək. Mətbuatda oxuyuruq, təbii fəlakət təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində baş verir”. 

 

E.Məmmədov Laçındakı evlərin tikintisində yeyintiyə yol verilməsi barədə iddialara isə belə cavab verib: “Bu barədə məlumatım yoxdur. Həm də orada olmamışam ki, nəsə deyəm. Mən ancaq televiziyadan izləmişəm. Eyni zamanda dediyim kimi, tanışlarımla əlaqə saxlayıb, məlumat almışam. Müvafiq qurumlar artıq hərəkətə keçiblər...” 

 

Aytəkin Qardaşova 

Tarix: 13 İyun 2024, 13:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin