BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov: "İsrail və Azərbaycan arasındakı münasibətlərdə isə heç bir soyuqlaşma yoxdur"

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan və İran arasında keçirilən hərbi təlimlərin İsraillə Azərbaycan arasında əlaqələrin soyuması kimi dəyərləndirilməsinə münasibət bildirib.

 

S.Novruzov Pravda.az-a açıqlamasında belə yanaşmanın doğru olmadığını deyib. 

 

“Qonşu dövlətlərlə hərbi təlim keçməlisən ki, gələcəkdə baş verə biləcək hadisələrlə bağlı hərbçilər hər hansı sistemin, texnikanın uyğunlaşmasını öyrənsinlər. Azərbaycan müxtəlif dövlətlərlə hərbi təlimlər keçirir. Türkiyə, Gürcüstan, hətta Pakistan və s. İsrail və Azərbaycan arasındakı münasibətlərdə isə heç bir soyuqlaşma yoxdur. Bizim İsraillə hər zaman isti münasibətlərimiz olub və belə də davam edir”, - komitə sədri deyib. 

 

Aytəkin Qardaşova 

Tarix: 13 İyun 2024, 15:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin