BURADA REKLAMINIZ OLA
BİLƏR

Elxan Əzizovun rəhbərlik etdiyi şirkət modul və dəstək xidmətinə 140 min xərcləyəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelekom” MMC "Mövcud həll üçün virtual modulun və dəstək xidmətlərinin satın alınması" ilə bağlı tender elan edib.

 

Pravda.az-ın xəbərinə görə, elan olunan tender müsabiqəsi iyulun 9-dək davam edəcək.

 

Müsabiqədə 20 ədəd Wallix Bastion Access Manager müddətsiz lisenziyasının və 1 ədəd Wallix Bastion modulu üçün 36 aylıq qold lisenziya dəstək xidmətinin alınması nəzərdə tutulur.

 

“AzInTelekom” sözügedən xidmətlərin 140 min manata başa gələcəyini ehtimal edir.

 


Qeyd: Qeyd: MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur.

 

Cəmil

Tarix: 13 İyun 2024, 15:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin