BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubada həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cəzası azaldıldı

Sumqayıt Apellyasiya Məhkəməsində Qubada həmkəndlisini öldürməyə cəhd etməkdə təqsirləndirilən Təbriz Hacıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanən sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən həmin Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və cəzası ilə 4 ilə endirilib.

 

Qeyd: 2023-cü il fevralın 6-sı, saat 22 radələrində 1991-ci il təvəllüdlü Hikmət Ağayevin Quba rayonunun Aşağı Atuc kəndi ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırma zamanı 2002-ci il təvəllüdlü Təbriz Hacıyevin bıçaqla Hikmət Ağayevə xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

 

Tarix: 14 İyun 2024, 08:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin