BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşı və tanışı ilə birgə qız qaçıran şəxsə elektron qolbaq taxıldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsinə adam oğurluğunda təqsirləndirilən Elgün Nurəhmədov, qardaşı Vasif Nurəhmədov və tanışı Hüseyn Hüseynzadənin cinayət işi üzrə məhkəmə iclası baş çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə Elgün Nurəhmədov 3 il 1 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub, digərlərinə isə şərti cəza verilib. 

 

Qeyd: Hadisə 29 iyun 2023-cü ildə saat 22 radələrində qeydə alınıb.

 

Belə ki, həmin gün Sabirabad Rayon Polis Şöbəsinə rayonun Qaragüney kənd sakini olan 17 yaşlı qızın naməlum şəxslər tərəfindən qaçırılması barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elgün Nurəhmədov, Vasif Nurəhmədov və Hüseyn Hüseynzadə müəyyən edilərək istintaqa cəlb olunublar. Dindirilmə zamanı E.Nurəhmədov həmkəndlisi olan qızı qardaşının və tanışının köməkliyi ilə evlənmək məqsədilə qaçırdığını bildirib. Hadisədən sonra qız ailəsinə təhvil verilib.

 

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (Adam oğurluğu - bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

 

Tarix: 14 İyun 2024, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin