BURADA REKLAMINIZ OLA
BİLƏR

Nişanlısının yanında ondan borcunu istəyən şəxsi bıçaqlayanla bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində tanışını xuliqanlıq niyyəti ilə bıçaqlamaqda təqsirləndirilən Qalib Əlizadənin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 04 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən binanın qarşısında qeydə alınıb.

 

Belə ki, Qalib Əlizadənin tanışı, zərərçəkmiş Vaqif Dadaşovun (şərti) dayısına 1000 manat borcu olub. Vaqif də təqsirləndirilən şəxsdən onun nişanlısının yanında borcu nə vaxt verəcəyini soruşub və bu barədə söhbət etmək üçün onu çayxanaya dəvət edib. Qalib də bunu özü üçün qəbul edilməz hal kimi qiymətləndirib. Sonra o, tanışını bıçaqlayıb.

Tarix: 14 İyun 2024, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin