BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə olan sabiq rəis bəraət istəyir

Sabunçu Rayon Hərbi Komissarlığının çağırışçıları rüşvətlə xidmətdən yayındırmaqda ittiham olunan sabiq şöbə rəisi Toğrul İsgəndərovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 

Xatırlatma: Bakı Hərbi Məhkəməsinin hökmü ilə T.İsgəndərov irəli sürülmüş ittihamla təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 

Qeyd: Təqsirləndirilən şəxs Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, T.İsgəndərov həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 14 İyun 2024, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin