Bu gün Azərbaycan ayrı-ayrı xalqların və din mənsublarının mehriban ailə kimi yaşadığı məkana çevrilib. Ölkəmizdə birgəyaşayış qarşılıqlı hörmət və etimada əsaslanır. Bu cür nümunəvi tolerant mühitin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzə qədər qorunub saxlanılmasında İslami dəyərlərin rolu danılmazdır. Azərbaycan dövləti hər zaman öz xalqının və ölkəmizdə yaşayan digər xalqların dini inancının qayğısına qalır. Məhz bunun bariz nümunəsidir ki, dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramına ölkəmiz hər il olduğu kimi, bu il də yüksək coşqu ilə hazırlaşır.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, bütün bayramlar kimi Qurban bayramı da ölkədə hər il yüksək səviyyədə qeyd olunur.

“Bu gün Azərbaycanda İslam dəyərlərinə, ənənələrinə böyük hörmət var. Vaxtilə ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan xalqını bu gözəl bayram münasibətilə təbrik edib. İndi də ölkə rəhbərliyi həmin ənənəyə sadiqdir. Azərbaycanda yaşayan xalqlar arasında dostluq əlaqələri yüksək səviyyədədir. Ölkəmizdə və xaricdə yaşayan soydaşlarımız, ayrı-ayrı ölkələrin rəhbərləri də Azərbaycanı, ölkə rəhbərini dini və milli bayramlar münasibətilə daim təbrik edirlər. Azərbaycanda yaşayan xristianlar, yəhudilər və digər xalqların nümayəndələri də təbriklərini ünvanlayır, Azərbaycan xalqını, cənab Prezidenti təbrik edirlər. Bu baxımdan, Azərbaycan dünyada misli olmayan nümunəyə malikdir. Bu gün ölkəmizdə bütün xalqların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır, ölkəmizin inkişafı, daha da güclü, möhkəm olması üçün töhfələrini verməyə davam edirlər. Bütün bunlar Azərbaycanın uğurunun, müvəffəqiyyətinin göstəricisidir. Ölkəmiz sözün həqiqi mənasında tolerantlıq nümunəsi, xalqların birgəyaşayış məkanı, ünvanı kimi seçilir. Əbəs deyil ki, Azərbaycan bütün dünyaya nümunədir və Azərbaycan xalqı müsəlman ölkəsi kimi bu ənənələri, dəyərləri gələcəkdə də yaşadacaq”, — deputat bildirib.
AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyatçı Elvüsal Məmmədov isə deyib ki, Ramazan bayramında olduğu kimi Qurban bayramında da Azərbaycan xalqının tolerant təbiəti həm dini, həm də milli baxımdan özünü qabarıq şəkildə büruzə verir:

“Əlbəttə ki, dini bayramlar adı ilə əlaqəli olduğu dinin mahiyyətini özündə əks etdirir. Həm Qurban, həm də Ramazan bayramı İslam dininə aid bayram olduğu üçün özündə İslam dininin dəyərlərini ehtiva edir. İslam dini birləşdirici dindir, istisna edən, ayrı-seçkilik qoyan din deyil. İslam dininə görə, bütün insanlar vahid mənşədən - Adəm atadan törəyiblər. İslamın münasibəti irqindən, dinindən asılı olmayaraq hər kəsə şamil olunur. Bu baxımdan, xüsusən bayramlarda dinimiz həmrəylik, qardaşlıq, köməkləşmə dəyərlərinin ictimai müstəvidə tətbiqinə çağırır. Belə olan halda, İslam dininin yayıldığı cəmiyyətdə insanlar dinlərindən, irqlərindən asılı olmayaraq, bu dinin dəyərlərini öz həyatlarında bərabər hiss edirlər. Buna görə də tarixən xalqımızın tolerant təbiəti dini bayramlardan köməkləşmə, sosial həmrəylik kimi mustəvilərdə öz əksini tapır”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin