Azərbaycanda bu kənd nəzarətə götürüldü – Koronavirusa yoluxanların sayı sürətlə artıb - VİDEO

Son günlər koronavirus infeksiyasına yoluxma hallarının artdığı rayonlarda biri də Xaçmazdır.

 

Pravda.az-ın xəbərinə görə, indiyədək rayonda 31 yoluxma halı qeydə alınıb ki, bunlardan da 21 nəfəri Köhnə Xaçmaz kənidinin sakinləridir. Sakinlərin sözlərinə görə, pandemiyanın ocağı kənddəki bir məhəllədir. Sonrakı günlərdə də yoluxma aşkarlandığından kənd nəzarətə götürülüb.

 

Goranboy da son günlər koronavirus pandemiyasına yoluxmanın qeydə alındığı rayonlardandır. Goranboy Rayon Mərkəzi Xəstəxanasına bu günə kimi müxtəlif bölgələrdən olan 408 xəstə daxil olub. Onlardan 255 nəfəri sağalaraq evə buraxılıb, 6 nəfər dünyasını dəyişib. 24 nəfər müalicə üçün Bakıya, 1 nəfər isə Gəncəyə göndərilib. 122 nəfərin müalicəsi isə davam etdirilir. Yoluxma hallarının qarşının alınması üçün rayon ərazisində dezinfeksiya işləri aparılır, sakinlərlə maarifləndirci söhbətlər edilir.

 

Bu günədək 47 nəfərin koronavirusa yoluxduğu Qəbələ də xəstə sayına görə ön sıralardadır. Son günlər yoluxmanın daha çox qeydə alındığı ərazi "Zarağan-2" məcburi köçkün şəhərciyidir. Bu qəsəbə də artıq nəzarətə götürülüb. Ərazidə izolyasiya tədbirləri davam etdirilir.

 

Tarix: 30 May 2020, 22:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin