BURADA REKLAMINIZ OLA
BİLƏR

Restoranlarla bağlı MÜHÜM QƏRAR

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

 

Qərarda qeyd olunur ki, ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisnadır.

 

Qeyd edək ki, indiyədək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək həyata keçirilirdi.

Tarix: 31 May 2020, 00:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin