BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda güclü zəlzələ oldu - İki ölü, 30 yaralı

İranın Rəzəvi Xorasan əyalətinin Kəşmər şəhərində 5 bal gücündə zəlzələ baş verib.

 

Bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.

 

Bildirilib ki, yerin 6 kilometr dərinliyində baş verən zəlzələ yerli vaxtla saat 13.24-də qeydə alınıb.

 

Zəlzələdən zərər çəkmiş ərazilərə mümkün dağıntıları araşdırmaq üçün Qızıl Ayparaya bağlı iki qiymətləndirmə qrupu göndərilib.


Zəlzələ nəticəsində iki nəfər ölüb, 30 nəfər yaralanıb./Trend

Tarix: 18 İyun 2024, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin