BURADA REKLAMINIZ OLA
BİLƏR

Kadi özünə toy etdi - VİDEO

"Qarabağ"ın sabiq futbolçusu Kadi Borqes subaylığın daşını atıb.

 

Braziliyalı yarımmüdafiəçi 28 yaşında ailə həyatı qurub.

 

Kadi toy mərasiminin videogörüntülərini öz sosial şəbəkələrində paylaşıb. "Qarabağ"ın hədəfində olan futbolçunun keçidi baş tutacağı halda, ölkəmizə ailəsi ilə birlikdə gələcəyi gözlənilir.

 

Qeyd edək ki, 2021-22-ci illərdə Ağdam klubunun formasını geyinən yarımmüdafiəçi hazırda "Krasnodar"da çıxış etsə də, onun geri qayıtması ilə bağlı danışıqlar aparılır./idman.biz

 

 

Tarix: 18 İyun 2024, 16:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin