Bakıda 22 yaşlı gəlin dəm qazından boğuldu

Bakıda 22 yaşlı gəlin dəm qazından boğulub.

Pravda.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 54, mənzil 39 ünvanında qeydə alınıb.

Şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Allahverdiyeva  yaşadığı evin hamam otağında dəm qazından boğulub. Onun meyiti qaynanası tərəfindən aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci  (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.APA

Tarix: 31 May 2020, 11:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin