Bakıda xuliqanlıqda təqsirləndirilən Rəşad Muradovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyunun 20-nə təyin edilib.
Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Səbail Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və Rəşad Muradov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyib, Səbail Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Qeyd edilib ki, Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınan, keçirilən ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,282 qram olan narkotik vasitə-heroinin saxlanılması davam etdirilsin və həmin hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Rəşad Muradovun Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə ona təyin edilən 1 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla çəkmiş hesab edilməsi nəzərə alınıb. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.
Qeyd: Rəsmi məlumata əsasən, 29 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində Səbail rayon sakini, 1983-cü il təvəllüdlü Muradov Rəşad Əli oğlu idarə etdiyi yük avtomobili ilə yol ayrıcını keçmə qaydasını pozduğuna görə Səbail rayon Dövlət Yol Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən şəxsin sərxoş olduğu şübhəsi yaranıb. Ondan avtomobildən düşüb sərxoşluq testi verməsi tələb olunsa da, sürücü buna əməl etməyib. Buna görə də əraziyə digər polis əməkdaşları da çağırılıb.
Daha sonra sürücü tabesizlik göstərərək ərazidən uzaqlaşmaq istəyib. Hərəkətinə davam edərkən yaxında olan 5 avtomobili əzib. Bundan sonra yol polisi əməkdaşları şəxsin saxlanılması üçün silahdan istifadə ediblər. Onlar avtomobilin arxa təkərlərini partladaraq maşının dayanmasını təmin ediblər. Daha sonra şəxs müayinəyə aparılıb.
Müayinə zamanı aydın olub ki, Rəşda Muradov nəinki alkoqol içkinin təsiri altındadır, hətta qanında narkotik vasitə də çıxıb. Rəşad Muradov barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 234.1-ci (Qanunsuz narkotik əldə etmə, saxlama) maddələri ilə ittiham elan olunub.
Kamal Məmmədov
13 May 00:24
13 May 00:01
12 May 23:50
12 May 23:46
12 May 23:36
12 May 23:34
12 May 23:31
12 May 22:55
12 May 21:37
12 May 20:37
12 May 20:28
12 May 20:26
12 May 20:05
12 May 19:59
12 May 18:57
12 May 18:54
12 May 18:36
12 May 18:31
12 May 18:01
12 May 17:13
12 May 16:55
12 May 16:53
12 May 16:41
12 May 16:35
12 May 16:29
12 May 16:23
12 May 16:08
12 May 15:58
12 May 15:49
12 May 15:40
12 May 15:36
12 May 15:31
12 May 15:25
12 May 15:10
12 May 14:56
12 May 14:39
12 May 14:30
12 May 14:20
12 May 14:07
12 May 13:35
12 May 13:29
12 May 13:28
12 May 13:27
12 May 13:26
12 May 13:23
12 May 13:20
12 May 13:17
12 May 13:11
12 May 13:07
12 May 13:02
12 May 12:56
12 May 12:37
12 May 12:24
12 May 12:21
12 May 12:19
12 May 12:12
12 May 11:52
12 May 11:44
12 May 11:41
12 May 11:37
12 May 11:34
12 May 11:25
12 May 11:21
12 May 11:08
12 May 10:56
12 May 10:18
12 May 10:14
12 May 10:12
12 May 10:09
12 May 10:08
12 May 10:06
12 May 09:28
12 May 09:19
12 May 09:00
12 May 08:55
12 May 08:45
12 May 08:39
12 May 08:38
12 May 08:36
12 May 08:26
12 May 08:21
12 May 08:19
12 May 08:15
12 May 08:12
12 May 08:09
12 May 07:16
12 May 07:08
12 May 07:06
12 May 02:23
12 May 02:22
12 May 02:20
12 May 02:17
11 May 23:53
11 May 22:24
11 May 22:15
11 May 20:57
11 May 20:49
11 May 20:46
11 May 20:06
11 May 19:47
11 May 19:45
11 May 18:44
11 May 18:39
11 May 18:36
11 May 18:18
11 May 18:13
11 May 18:11
11 May 17:30
11 May 17:23
11 May 17:21
11 May 17:10
11 May 17:00
11 May 16:30
11 May 15:51
11 May 15:11
11 May 14:21
11 May 13:19
11 May 13:15
11 May 13:12
11 May 13:11
11 May 13:10
11 May 13:08
11 May 12:58
11 May 12:11
11 May 10:27
11 May 10:24
11 May 10:22
11 May 10:20
11 May 10:19
11 May 10:16
11 May 10:15
11 May 10:04
11 May 10:02
11 May 09:59
11 May 09:20
11 May 09:18
11 May 09:16
11 May 09:00
11 May 02:05
11 May 02:01
11 May 01:58
11 May 00:51
11 May 00:49
10 May 22:01
10 May 22:00
10 May 21:54
10 May 21:25
10 May 20:17
10 May 19:13
10 May 19:11
Ən son xəbərləri səhifəmizdən də izləyin