BURADA REKLAMINIZ OLA
BİLƏR

Göygöldə avtomaşınla piyadanı vuraraq öldürən Türkiyə vətəndaşından xəbər var

Göygöldə yol qəzası törətməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Aras Abdulkadirin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: Göygöl Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

İttihama görə, hadisə 15 oktyabr 2023-cü il tarixdə, təxminən saat 19:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Göygöl rayonu Bəhrəmtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, təqsirləndirilən Türkiyə vətəndaşı Aras Abdulkadirin idarə etdiyi “Renault T480” markalı Gürcüstan qeydiyyat nişanlı qoşqulu avtomaşını Bakı istiqamətində hərəkət etdirərkən piyada Ş.Ələsgərovu vurub. Nəticədə ağır bədən xəsarətləri alan yaralı ölüb.

 

Kamal Məmmədov

Tarix: 20 İyun 2024, 09:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin