Bir neçə gün sonra, iyunun 23-də Dövlət Qulluqçuları Peşə Bayramını qeyd edəcəklər. Bu, Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, qeyd olunur. Müstəqillik illərindən başlayaraq Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, yüksək idarəçilik istiqamətində vacib işlər görülüb, çox sayda strukturlar optimallaşdırılıb. Aparılan islahatlar nəticəsində yeni idarəetmə orqanları yaradılıb və həmin proses bu gün də davam edir. Dövlət quruculuğunda və ölkənin idarə olunmasında dövlət orqanlarının rolunu artırmaq, onların işini səmərəli təşkil etmək məqsədilə onların əsasnamə və nizamnamələrində dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir. Bu gün Azərbaycan dövlətinin inkişafına, xalqın rifahının yaxşılaşdırılmasına layiqincə xidmət edən dövlət qulluqçularının fəaliyyəti, əzmkarlığı ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, onlara qayğı və diqqət göstərilir, sosial rifahlarının yaxşılaşdırılması istiqamətində müvafiq addımlar atılır.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Tahir Rzayev dövlətin möhkəmliyi, xalqın rifahı məhz dövlətə sədaqətlə xidmətdən keçir:
"Sözsüz ki, bu sahədə dövlət qulluqçularının əməyi, fəaliyyəti təqdirəlayiqdir. Cəmiyyətin inkişafında, formalaşmasında onların rolu böyükdür. Azərbaycan iqtisadiyyatının inkişafı, Azərbaycanın beynəlxalq aləmdə tanınması, idarəetmənin təkmilləşdirilməsi, xalqa göstərilən qayğı və diqqət dövlət qulluqçularından öz işlərini daha yaxşı qurmağı, fəaliyyətlərini artırmağı tələb edir. Cənab Prezident İlham Əliyevin "Biz xalqın xidmətçiləriyik" ifadəsi bilavasitə dövlət qulluqçularından əzmkarlıq, öz işlərinə sağlam münasibət tələb etməklə bərabər, həm də daim insanları düşündürən məsələləri gündəmə gətirməyi zərurətə çevirir. Sözsüz ki, idarəetmə sistemində, dövlət quruculuğunda daimi islahatlar həyata keçirilir. Səriştəsi olan insanlar dövlət qulluğunda məsul vəzifələrə irəli çəkilirlər. Dövlət qulluqçusunun əsas siması onun dövlətə, xalqa sədaqətində, tapşırılan işə məsuliyyətində, insanlara qayğısında özünü aydın göstərir. Bu dəyərlər gələcəyimiz üçün bacarıqlı kadrların hazırlanması və inkişafımızın təmin edilməsi baxımından əhəmiyyətlidir. Hər bir dövlət qulluqçusunun vəzifəsinə sədaqətlə, məsuliyyətlə yanaşması, dövlətimizin nüfuzunun artırılması, rifahının təmin edilməsi deməkdir".
Ekspert Eyyub Kərimli isə bildirib ki, dövlət qulluğu istiqamətində xeyli yeniliklər həyata keçirilir:
"Dövlət qulluğunda işə qəbulla bağlı yeniliklər, şəffaflığın artırılması istiqamətində əhəmiyyətli işlər görülüb. İllər öncə dövlət qulluğuna test üsulu ilə qəbul zamanı kimsə testdən keçir, lakin müsahibədən kəsilirdisə, ona ikinci şans tanınmırdı. İndi isə sertifikatlaşma sistemi yaradılıb. Bu da dövlət qulluqçularının müsahibə mərhələsindən sonra bir neçə yerə müraciət etmək imkanlarını artırır. Bu gün dövlət qulluqçuları dövlət xidmətlərində çox böyük fədakarlıq, peşəkarlıqla fəaliyyət göstərirlər. Buna görə də dövlət qulluqçularının müəyyən üstünlükləri var".
Ekspert hesab edir ki, dövlət qulluğunun pensiya sistemində təkmilləşdirmələrin aparılması müsbət nəticə verə bilər: "Onların fəaliyyətləri dövrünə qoyulan müddətə bir daha baxılması məqsədəuyğun olar. Təqaüdə çıxma, peşə fəaliyyətlərini həyata keçirmə müddətləri, sosial təminatların gücləndirilməsi və s. Bu gün hansısa təşkilat rəhbəri dəyişəndə onun dövlət qulluğu fəaliyyətinə də xitam verilir. Bununla bağlı qanunvericilik daha da təkmilləşdirilməlidir. Ümumilikdə, Azərbaycanda dövlət qulluqçuları dövlət xidmətini çox uğurlu həyata keçirirlər. Onlar dövlətin və təmsil etdikləri qurumların mənafeyini yüksək tutmalı, dövlət qulluqçularının etik qaydalarına riayət etməlidirlər. Görürük ki, artıq xidmətin keyfiyyəti də yüksəlib. Bu gün vətəndaş və məmur, dövlət qulluqçusu təmaslarında daha yüksək keyfiyyət müşahidə edirik. Dövlət qulluğunun həyata keçirilməsində elektron kargüzarlığın da rolu genişlənib. Bu da dövlət qulluğunda şəffaflığın artırılmasına, mənfi xüsusiyyətlərin aradan qaldırılmasına müsbət təsir göstərir".
Aytəkin Qardaşova
21 Mart 12:17
21 Mart 12:15
21 Mart 12:14
21 Mart 12:12
21 Mart 11:06
21 Mart 09:44
21 Mart 09:41
21 Mart 09:41
21 Mart 09:39
21 Mart 09:33
21 Mart 09:30
21 Mart 09:28
21 Mart 09:25
21 Mart 09:24
21 Mart 09:23
21 Mart 09:22
21 Mart 09:17
21 Mart 09:15
21 Mart 00:47
20 Mart 23:51
20 Mart 23:46
20 Mart 23:06
20 Mart 23:00
20 Mart 22:23
20 Mart 22:07
20 Mart 22:03
20 Mart 21:08
20 Mart 21:05
20 Mart 20:34
20 Mart 20:33
20 Mart 19:32
20 Mart 19:04
20 Mart 19:00
20 Mart 18:57
20 Mart 18:00
20 Mart 17:57
20 Mart 17:56
20 Mart 17:54
20 Mart 17:52
20 Mart 17:51
20 Mart 17:50
20 Mart 17:48
20 Mart 17:46
20 Mart 17:15
20 Mart 17:11
20 Mart 17:08
20 Mart 15:35
20 Mart 15:33
20 Mart 15:31
20 Mart 15:29
20 Mart 15:22
20 Mart 15:20
20 Mart 14:08
20 Mart 14:02
20 Mart 14:00
20 Mart 13:16
20 Mart 13:14
20 Mart 13:03
20 Mart 13:01
20 Mart 12:53
20 Mart 12:51
20 Mart 12:19
20 Mart 12:15
20 Mart 11:29
20 Mart 11:19
20 Mart 11:17
20 Mart 11:02
20 Mart 10:56
20 Mart 10:35
20 Mart 10:25
20 Mart 10:23
20 Mart 10:21
20 Mart 10:18
20 Mart 10:15
20 Mart 10:14
20 Mart 10:12
20 Mart 10:09
20 Mart 10:04
20 Mart 09:58
20 Mart 09:53
20 Mart 09:46
20 Mart 09:42
20 Mart 09:41
20 Mart 09:39
20 Mart 09:38
20 Mart 09:33
20 Mart 09:31
20 Mart 00:28
20 Mart 00:21
19 Mart 22:23
19 Mart 21:30
19 Mart 21:28
19 Mart 21:27
19 Mart 21:16
19 Mart 21:10
19 Mart 21:07
19 Mart 20:56
19 Mart 20:15
19 Mart 20:12
19 Mart 19:46
19 Mart 19:27
19 Mart 19:22
19 Mart 19:16
19 Mart 19:14
19 Mart 19:08
19 Mart 18:39
19 Mart 18:34
19 Mart 18:14
19 Mart 18:03
19 Mart 17:58
19 Mart 17:50
19 Mart 17:40
19 Mart 17:38
19 Mart 17:35
19 Mart 17:25
19 Mart 17:22
19 Mart 17:01
19 Mart 16:49
19 Mart 16:35
19 Mart 16:16
19 Mart 16:08
19 Mart 16:00
19 Mart 15:39
19 Mart 15:28
19 Mart 15:26
19 Mart 15:12
19 Mart 15:06
19 Mart 15:00
19 Mart 14:59
19 Mart 14:51
19 Mart 14:50
19 Mart 14:49
19 Mart 14:45
19 Mart 14:34
19 Mart 14:18
19 Mart 13:41
19 Mart 13:21
19 Mart 13:20
19 Mart 13:18
19 Mart 13:05
19 Mart 13:00
19 Mart 12:57
19 Mart 12:54
19 Mart 12:38
19 Mart 12:33
19 Mart 12:23
19 Mart 11:57
19 Mart 11:53
19 Mart 11:42
19 Mart 11:40
Ən son xəbərləri səhifəmizdən də izləyin