BURADA REKLAMINIZ OLA
BİLƏR

Sosial evlərdən mənzil almaq adı 12 minlik dələduzluq etdi - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elsevər Muradovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib. 
 

İttihama görə, Elsevər Muradov tanışı, zərərçəkmiş B.Rzayevin etibarından sui-istifadə edib, Dövlət Sosial Müdafiə Fondunda işləyən tanışı vasitəsi ilə onun oğlu üçün Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən mənzil alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib. O, 2019-cu ildə müxtəlif günlərdə bu yolla zərərçəkmişin ümumilikdə 12000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Zərərçəkmişin şikayəti əsasında saxlanılan Elsevər Muradov barəsində həbs qətimkan tədbiri seçilib. 

 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

Tarix: 21 İyun 2024, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin