BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda daha bir bank ləğv olunur

Azərbaycanda fəaliyyət göstərən 23 bankdan biri – “Naxçıvanbank” ASC adını və təşkilati-hüquqi formasını dəyişir. Yeniavaz.com xəbər verir ki, “Naxçıvanbank” ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edib.


Məlumat üçün bildirək ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb.


Daha əvvəl “Naxçıvanbank” səhmlərinin 63,66%-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-nin Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-nin qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus oldub. Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən istefa verdikdən sonra  “Naxçıvanbank”ın səhmdarları dəyişib.

Tarix: 21 İyun 2024, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin