BURADA REKLAMINIZ OLA
BİLƏR

İyulun 1-dən kommunal xidmətlərin qiymətləri artacaq

Rusiyanın Sankt-Peterburq şəhərində mənzil-kommunal xidmətlərin tarifləri iyulun 1-dən artacaq.

 

Pravda.az publika.az-a istinadən xəbər verir ki, şəhərin kommunal xidmət göstərən müəssisələri artıq vətəndaşlara müvafiq xəbərdarlıq göndərməyə başlayıb.

 

Qeyd olunur ki, Sankt-Peterburq sakinləri 2024-cü ilin iyul ayından soyuq suyun hər kubmetri üçün 39,7 rubl, kanalizasiya üçün isə eyni məbləğdə pul ödəməli olacaqlar. Bu qərar Sankt-Peterburq Tarif Komitəsinin tələbləri ilə əlaqədar qəbul edilib.

 

O da bildirilir ki, mənzil-kommunal xidmətlərinin tariflərinin maksimum bahalaşması 9,4 faiz təşkil edəcək.

Tarix: 22 İyun 2024, 19:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin