BURADA REKLAMINIZ OLA
BİLƏR

Portuqaliya Türkiyəni böyük hesabla məğlub etdi

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində Türkiyə və Portuqaliya milliləri üz-üzə gəlib.

 

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda Portuqaliya 3 cavabsız qolla qalib gəlib.

 

Oyunun 21-ci dəqiqəsində Bernardo Silva hesabı açıb. Matçın 28-ci dəqiqəsində Metin Akaydın topu öz qapısına vurub.

 

Qarşılaşmanın yekun qolunu 55-ci dəqiqədə Bruno Fernandeş reallaşdırıb.

 

APA

Tarix: 22 İyun 2024, 22:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin