"Palmali" müflis olmayıb - CAVAB

"Palmali Holding”in müflis elan edilməsi barədə xəbər əsassızdır və şirkətin nüfuzuna zərər vermək məqsədi daşıyır.

Pravda.az-ın xəbərinə görə, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.


"Belə qeyri-ciddi məlumatı yayan saytlar “Palmali” şirkətinin mövqeyini heç öyrənməyə cəhd etməyiblər. Bu da onların qeyri-peşəkarlığını və xəbərin sifarişli olmasını göstərir. Bunu tam məsuliyyəti və ciddiliyi ilə bildirirəm. Qısa müddət ərzində bununla bağlı ətraflı məlumat tərəfimizdən ictimaiyyətə açıqlanacaq"- F.Quliyeva qeyd edib.

Tarix: 31 May 2020, 18:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin