BURADA REKLAMINIZ OLA
BİLƏR

Çaylarda suyun səviyyəsi artıb, Şinçaydan sel keçib

Ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi 6, Viləşçayda 2, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda 3, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda 1, Həkəriçayda isə 4 sm artım müşahidə olunub.


Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.


Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev qeyd edib ki, gecə saatlarında Şəki rayonu ərazisindən axan Şinçaydan sel keçib.


"Hazırda çayda azalma müşahidə olunur", - o bildirib.

Tarix: 23 İyun 2024, 12:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin