BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 4 şirkətə qarşı dələduzluq edən şəxsdən xəbər var

Bakıda 4 şirkətə qarşı dələduzluq etməkdə təqsirləndirilən Azər Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyunun 28-nə təyin edilib.
 

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hüseynov 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. 
 

Qeyd: Hüseynov Azər Həsən oğlu Qarabağ "İnşaat" MMC, "Supersement" QSC, "Lidersement" QSC və "Caspian Energy Group" MMC və digər xırda şirkətlərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
 

O, ümumilikdə 300 min manatlıq dələduzluqda ittiham edilib.
 

Eyni zamanda A.Hüseynov şirkətlərlə yanaşı Babək Alıyev, İqdam Qasımov və Fuad Hüseynova qarşı da dələduzluq edib.

 
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 24 İyun 2024, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin