BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini maşınla vuraraq öldürən sürücü Ali Məhkəməyə müraciət etdi

Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ziyafəddin Fətullayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyunun 27-nə təyin edilib.
 

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. 

 

Xatırlatma: Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Z.Fətullayev 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2023-cü ilin 15 avqust tarixində Biləsuvar rayonunun Çaylı kəndində baş verib. 1984-cü il təvəllüdlü Z.Fətullayev idarə etdiyi "Ford Tranzit" markalı avtomobil ilə hərəkətdə olarkən həmkəndlisi 1968-ci il təvəllüdlü Sələmə Sultanovanı vurub. Qadın hadisə yerində ölüb.

 

Kamal Məmmədov

 

Tarix: 24 İyun 2024, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin