“Azərbaycanda zəhərlənmələrin qeydiyyatı düzgün aparılmır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA-red) statistikasına baxsaq, görərik ki, zəhərlənmələrin sayı rəsmi sənədlərdə ümumdünya göstəricisindən 700 dəfə az göstərilir. Eləcə də zəhərlənmədən ölənlərin sayı. Bu statistikanın necə aparılması və kimlərin aparması məsələsi, gərək, ölkədə həll olunsun. Öz yaratdıqları statistikaya baxıb, yəqin, əllərini ürəklərinin üstünə qoyub deyirlər ki, "biz əlayıq, yaxşıyıq, yaxşı işləyirik". Təsadüfi deyil, Azərbaycan uzunömürlülər siyahısında 190 ölkə arasında 115-ci yerdə dayanır. Yəni 115 ölkədən - Afrikanın bir çox ölkələrindən, o cümlədən kasıb Banqladeşdən, Şri-Lankadan çox-çox geri qalırıq. Bütün bunlar bizi düşünməyə vadar edir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, AQTA-nın xeyli səlahiyyətləri var, lakin öhdəsindən gələ bilmir: “Sertifikat verən oqranla, yəni malların keyfiyyətini yoxlayan orqanla zəhərlənmələri qeydiyyata alan orqan eyni ola bilməz. İstənilən zəhərlənmədə görürük, AQTA sonda deyir ki, istəhlakçının öz günahındandır. Bu kimi məlumatlara son qoyulmalıdır. AQTA qida ilə məşğul olan istənilən fiziki və hüquqi şəxsi reyestrə daxil edir, vəssalam. Bununla da deyir ki, guya hər şey yaxşı oldu. Sənaye üsulu ilə istehsal olunan mallardan zəhərlənmələr qeydiyyata alınmır. Çünki onlar AQTA-ya deyə bilərlər ki, sənədi sən vermisən, bizim günahımız yoxdur”.
E.Hüseynovun sözlərinə görə, yay aylarında reaksiyalar sürətlənir: “Şübhəsiz ki, zəhərlənmələr artır. Mallar daha tez xarab olur. Riskli mallar var. İstehlakçıların bunlarla davranma mədəniyyəti də çox pis vəziyyətdədir. Bütün bunlar kompleks olaraq gətirib belə təhlükəli vəziyyətlərə çatdırır. Hamısının kökü qanunlardadır. Hökumətin istehlakçı siyasəti yox dərəcəsindədir. İstehlakçı siyasəti ilə hökumətin biznesin inkişafı siyasəti bir-biri ilə qətiyyən uzlaşmır. Hökumət birtərəfli siyasət yürüdür - yalnız və yalnız “biznesin inkişafı siyasəti”. AQTA-nın Əsasnaməsində də dəyişiklik edilməlidir. Qida sahəsində cəld yoxlama mexanizmi olmalıdır. Keyfiyyət məsələsinə, ümumiyyətlə, heç bir yerdə toxunulmur. AQTA-nın Əsasnaməsində də bu məsələ yoxdur. Keyfiyyətə nəzarət edən ayrıca orqan yaradılmalıdır. Yaxud da elə AQTA-ya həvalə olunmalıdır. Cəmiyyətdə olan bütün problemlərin kökünü qanunlarda axtarmaq lazımdır. Çünki cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Məsələn, Zaqatalada dönərdən zəhərlənmə hadisəsini izlədik. Son nəticədə dedilər ki, vətəndaşlar eyni dönərxanada zəhərləniblər. Ancaq əslində müxtəlif yerlərdə zəhərlənmişdilər. Deməli, problem xammaldadır. Təəssüf ki, bu məsələlər əcaib vəziyyətdədir. Ortalıqda isə elə bir sənəd yoxdur, istehlakçılara deyək ki, "sənədə baxanda malın təhlükəsizliyinə əmin ol". Əvvəl sertifikat anlayışı var idi, indi o da yoxdur. Belə vəziyyətdə, əlbəttə, zəhərlənmələr olacaq. İnsan ömrünün qısalmasını müşahidə edəcəyik. İctimaiyyət AQTA-ya ciddi kömək etməlidir. Zəhərlənmələrin statistikası doğru aparılmalıdır. Kimlərsə yalançı rəqəmlər yaradır, sonra da baxıb həzz alır. Bu həzzə son qoyulmalıdır”.
E.Hüseynov əlavə edib: “Toy şənliklərində, əsasən rayonlarda zalı guya icarəyə verirlər. Malları sifariş verənlər özləri gətirirlər. Elə orada bişirirlər, heç kim də nəzarət etmir. Daha doğrusu, AQTA-nın ekspertləri guya istənilən toya gəlirlər. Əslində gəlmirlər, toy sahibi özü kağız alır, sonra toyxana sahibi toy olmasına icazə verir. Bizə məlumatlar gəlir ki, istənilən nümunəni AQTA-ya aparırlar, oradan kağız alırlar və toyu keçirirlər. Lakin bütün malların çeşidləri yoxlanmır”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin