BURADA REKLAMINIZ OLA
BİLƏR

Mağazanın qarşısında piyadanı vuraraq öldürən sürücü şikayətçidir

Bakıda yol qəzası təqsirləndirilən Ceyhun Nemətlinin barəsindəki qərarından kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Xatırlatma: Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə protest və şikayət təmin edilib, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib, təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 3 aya qaldırılıb. O, məhkəmə iclas zalından həbs olunub.


İttihama görə, 28 iyul 2023-cü il tarixdə, saat 01:37 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki “Baku Elektrik” adlı elektrik malları satılan mağazanın qarşısında qeydə alınıb.


Belə ki, 1993-cü il təvəllüdlü Ceyhun Nemətli idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçmək istəyən B.Həsənovu vurub. Piyada hadisə yerində ölüb.


Daha sonra o, cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 25 İyun 2024, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin