BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərxoş gənc internet klubda iki nəfəri bıçaqladı – AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Elşən Qafarzadənin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 28 dekabr 2022-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən internet klubda qeydə alınıb.

 

Belə ki, 1996-cı il təvəllüdlü Elşən Qafarzadə sərxoş vəziyyətdə zərərçəkmiş Mahir Səfərovun (şərti) işlətdiyi internet kluba gələrək, orada öz hərəkətləri ilə zalda olan müştərilərə mane olub. Bu zaman Mahir ona irad tutub zalı tərk etməyi təklif edib. Hər iki şəxs birlikdə küçəyə çıxıb və mübahisə edib. Sonra o, Mahirin ünvanına nalayiq söyüşlər söyüb. Daha sonra onlar yenidən kluba daxil olub. Bu zaman Elşən yumruqla zərərçəkmiş şəxsin sifətinə zərbələr vuraraq ona xəsarət yetirib. Sonra təqsirləndirilən şəxs onları ayırmağa gələn digər zərərçəkmiş Aqil Dadaşovun (şərti) üzərinə hücum edib, cibindən çıxartdığı bıçaqla müqavimət göstərib. Bıçaqla zərərçəkmişin əynindəki gödəkcəsinin sol qolunu kəsib. Elşən yenidən Mahirə hücum edib bıçaq zərbəsi vurub. Nəticədə Mahir xəsarət alıb.

 

Hadisədən sonra Elşən Qafarzadə saxlanaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 25 İyun 2024, 10:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin