BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadınları İrana apararaq cinsi istismara məruz qoyan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Sevda Məmmədovanın (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Sevda Məmmədova azərbaycanlı olan 6 qadın İranın paytaxtı Tehran şəhərində işə düzəltmək vədi verib. Bu məqsədlə onları 2017-2019-cu illərdə Tehrana aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib.

 

Sevda Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan olunub.

 

Kamal Məmmədov

 

 

Tarix: 25 İyun 2024, 10:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin