BURADA REKLAMINIZ OLA
BİLƏR

İnsan alverində günahlandırılan qadının hökmü dəyişdirildi

Bakı Apellyasiya Məhkəməsində insan alverində ittiham olunan İradə Şıxıyevanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti təmin olunub. Belə ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 243.1-ci (narkotik) maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli hökmü ləğv edilib. İradə Şıxıyeva Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci (insan alveri) maddələri ilə təqsirli bilinib və ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 2 il sınaq müddəti müəyyən olunub.

 

Qeyd: İ.Şıxıyeva barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə 3 qadın zərərçəkmiş qismində tanınıb.

 

İttihama görə, İ.Şıxıyeva həmin qadınları Azərbaycan hüdudlarından kənarda kişi müştərilərlə pul müqabilində görüşdürüb və maddi gəlir əldə edib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Şıxıyeva məhkəmə zalından azadlığa buraxılmışdı.

 

Kamal Məmmədov

Tarix: 25 İyun 2024, 10:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin