“Ekologiya postu” sökülür - FOTOLAR

Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Ekologiya postu”nun bu gündən söküntüsünə başlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, postun yolun genişləndirilməsi üçün nəzərdə tutulan tədbir planına uyğun olaraq sökülməsinə qərar verilib.

 

Hazırda sökülən postun arxasında yeni bina tikilib və yaxın günlərdə istifadəyə veriləcək.

 

Postun sökülməsindən sonra yolun genişləndirilməsi və həmin hissədə sürət həddinin artırılması nəzərdə tutulur. Bununla da Bakı-Sumqayıt yolunda tıxacların azalacağı planlaşdırılır.Qafqazinfo

Fotoları təqdim edirik
Tarix: 1 İyun 2020, 10:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin