BURADA REKLAMINIZ OLA
BİLƏR

Toyda qonşusunun boşqabına sümük qoydu, əlini bıçağa atdı - HÖKM

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İslam Səfərzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 24 noyabr 2023-cü il tarixdə Göyçay rayonunun Yalman kəndi ərazisində qeydə alınıb.


Belə ki, hadisədən əvvəl İslam Səfərzadə Göyçay şəhərində “Əyləncə mərkəzi” restoranında başlayan kiçik toy məclisində həmkəndlisi və qonşusu olan zərərçəkmiş Mehman Dadaşovla (şərti) eyni masada oturub yeyib içib. Bu zaman zərərçəkmiş yediyi ətin sümüyünü onun yemək yediyi boşqaba qoyub. Təqsirləndirilən şəxs də ona haqlı iradını bildirib. Həmin vaxt Mehman isə etdiyi hərəkətdən peşman olmayıb, özünü haqlı çıxarıb.


Hər iki şəxs toy məclisdən çıxıb evlərinə gedib. Sonra İslam gecə saatlarında zərərçəkmiş şəxsə zəng edib ona qarşı etdiyi hərəkətlərin düzgün olmadığını bildirib, Mehmanı təhqir edib.


Daha sonra zərərçəkmiş 25 noyabr 2023-cü il tarixdə, saat 00:00 radələrində onun yaşadığı Göyçay rayonunun Yalman kəndində yerləşən evinin həyətyanı sahəsinə gəlib. Onların arasında mübahisə yaranıb, Mehman onun ünvanına söyüşlər söyüb, özü ilə gətirdiyi ağac parçası ilə İslamın baş nahiyəsinə bir zərbə vurub. Bu zaman o, mətbəx bıçağı ilə Mehmanın qarın nahiyəsinə bir zərbə endirərək ona xəsarət yetirib.


Hadisədən sonra İslam Səfərzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

Tarix: 27 İyun 2024, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin