BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini döyən şəxsin hökmü ləğv edildi, iş geri qaytarıldı

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Nizam Əsədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxışı zamanı dövlət ittihamçısı iş materiallarında olan məhkəmə iclas protokolunda dövlət ittihamçısının çıxışının olmadığını bildirib.

 

Bu səbəbdən hökmün ləğv edilərək cinayət işinin birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmasını məhkəmə kollegiyasından xahiş edib.

 

Qərara əsasən, apellyasiya şikayətinə baxılmasına xitam verilib, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Astara Rayon Məhkəməsinin 2 il 4 ay müddətin azadlıqdan məhrumetmə hökmü ləğv olunub və cinayət işi birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına qaytarılıb. Nizam Əsədovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

 

İttihama görə, Nizam Əsədov 2023-cü ildə Astara rayonu, Ərçivan qəsəbəsində zərərçəkmiş Faiq Mənsimovun (şərti) yaşadığı evin həyətində uca səslə onun ünvanına nalayiq söyüşlər söyüb. Sonra o, həmin həyətdən götürdüyü beli Faiqə məxsus “Mercedes” markalı avtomobilin şüşələrini vurub sındıraraq ona 780 manat dəyərində maddi ziyan vurub. Daha sonra Nizam həmin evin qarşısındakı yola çıxaraq əlində olan bellə zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə qəsdən vuraraq ona bədən xəsarətləri yetirib.

 

Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 27 İyun 2024, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin