BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir şirkət statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatları təqdim etmədi

"Kaspian Texnologi Saplay" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. Baxış iclası iyulun 4-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 28 İyun 2024, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin