BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tanışına qarşı dələduzluq edən şəxsin məhkəmə qərarı açıqlandı

Bakı Apellyasiya Məhkəməsində vətəndaşı işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Samir İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İsmayılov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd: Təqsirləndirilən şəxs S.İsmayılov tanışı olan Elxan Əliyevin etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib. Belə ki, o, zərərçəkmiş şəxsi işə düzəltmək və biznesə şərik etmək adı ilə aldadaraq 57 min 800 manat maddi ziyan vurub. 
 

S.İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsində ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

 

Tarix: 28 İyun 2024, 09:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin